6 May 2019 23:12
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğınla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Trend-ə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

L.Abdullayeva deyib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin binasında hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.

21:46

Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğın olub.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğından mühafizə briqadası hadisə yerinə gəlib.


Müəllif: Teleqraf.com