7 May 2019 12:02
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayon sakini rüsvayedici məlumatlarla şantaj olunub.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon polis şöbəsinə müraciət edən Tərtər sakini A.Abdullayev mayın 6-da həmyerlisi T.Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 1500 manat pul tələb etməsini bildirib.

Müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov