14 May 2019 21:05
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şiraz şəhərindən Tehran istiqamətində uçan sərnişin təyyarəsi Şiraz aeroportunda təcili eniş edib.

Aeroportun ictimai əlaqələr şöbəsinin rəsmisi Ehsan Ostovarinin sözlərinə görə, Vareş hava yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi texniki nasazlıq yarandığına görə aeroporta geri qayıdıb.

O, təyyarənin göyərtəsindəki 141 sərnişin və ekipaj üzvlərindən xəsarət alanların olmadığını deyib. Sərnişinlər başqa təyyarə ilə Tehrana göndəriləcək.


Müəllif: Mənbə/Trend