21 May 2019 19:08
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu da daxil olmaqla 3 nəqliyyat vasitəsi toqquşub.

Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin girişində qeydə alınıb.

90 PD 038 dövlət qeydiyyatı nişanlı “Hyundai” markalı minik avtomobili 90 AM 802 dövlət qeydiyyatı nişanlı yük maşını ilə toqquşub. Daha sonra “Hyundai” Sumqayıt istiqamətində hərəkət edən Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus 50 AE 730 dövlət qeydiyyatı nişanlı ISUZU markalı sərnişin avtobusuna dəyib.

Hadisə nəticəsində əzilən “Hyundai”in sürücüsü və sərnişini xəsarət alaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.


Müəllif: Teleqraf.com