21 May 2019 19:26
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə daha bir jurnalistə hücum edilib. Kimliyi bəlli olmayan şəxslərin hücumuna məruz qalan Ergin Çevik ciddi xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, jurnalistin yolunu Antalyanın Pinarlı hissəsində kəsiblər.

Jurnalistdən “qəzetçi Ergin sənsənmi” sualına “bəli” cavabı alan şəxslər onu döyməyə başlayıb. Jurnalisti döyən şəxslər daha sonra hadisə yerindən qaçıblar. Ergin Çevik xəstəxanaya yerləşdirilib.

Jurnalist polisə müraciətində bildirib ki, hücumdan əvvəl ofisinə gələrək onu soruşublar. Həmin şəxslərin görüntüləri təhlükəsizlik kameralarına düşüb.


Müəllif: Cavad