Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində Azərbaycan vətəndaşları saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Azərbaycan vətəndaşlarının üzərində axtarış zamanı gömrük nəzarətindən gizlədilmiş 930 ədəd siqaret aşkarlanıb.
Bəyan olunmamış siqaretlər müsadirə olunub. Azərbaycan vətəndaşlarına qarşı 1 000 lari (365 dollar) məbləğində cərimə sanksiyası tətbiq edilib.