11 İyun 2019 22:35
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada fəaliyyət göstərən “Turan TV”nin əməkdaşı Vüqar Niftiyev Almaniyadan deportasiya edilib.

Sığınacaq üçün Almaniyaya müraciət edən jurnalist V.Niftiyev rədd cavabı alıb.

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) ötən ay azərbaycanlı jurnalist haqqında deportasiya qərarı çıxarıb.

“Turan TV”də yayımlanan “Azərbayacan Saatı” verlişi üçün çalışan jurnalist ötən gün polislərin müşayiəti ilə Düsseldorf hava limanına gətirilib.

Ukraynanın paytaxtı Kiyevə yola salınan jurnalistin oradan Azərbaycana göndərilməsi gözlənilir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər