12 İyun 2019 13:52
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər