19 İyun 2019 10:00
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, N.Dadaşova 2019-cu ilin iyunun 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: Boyu 150 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Müəllif: Teleqraf.com