Hindistanın şimal-şərqindəki Bihar ştatında kəskin istilərlə əlaqədar azı 92 nəfər ölüb.
Teleqraf.com-un məlumatına görə, ötən həftə sonundan etibarən bölgədə 48 dərəcə isti hökm sürür.
Ştat rəhbərliyi iyunun 22-dək məktəblərin bağlanması barədə qərar qəbul edib.
Sakinlərə günorta saatlarında havaya çıxmamaları və çoxlu su içmələri tövsiyə olunub.