22 İyun 2019 00:08
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Fuad Abbasovun Moskvadakı ailəsinə öz evlərində müdaxilə ediblər.

Axar.az xəbər verir ki, bu barədə həbsdə olan jurnalist Fuad Abbasovun sosial şəbəkədəki hesabında məlumat paylaşılıb.

"Həyat yoldaşı və uşaqları təhlükədədir. Ximki şəhəri, Molodyojnaya küçəsi ev 50, blok 6 ünvanına yaxın kim varsa, orda nə baş verdiyini məlumat versin", - paylaşılan statusda qeyd edilib.

***

Azərbaycanlı jurnalist Fuad Abbasovun Moskva şəhərindəki evində Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılıb.

F.Abbasovun Hüquqlarının Müdafiə Komitəsinin sədri Məhəmməd Rəfiyev hadisə yerinə gedib.

Jurnalistin yaxınlarının verdiyi məlumata görə, evdə aparılan axtarış tədbirləri zamanı kompüter və digər texniki avadanlıqlar götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər