Xudat şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini Elman Qasımov naməlum şəraitdə bıçaqlanıb.
O, boyun və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisə ilə bağlı Xaçmaz rayon polis şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Məharət Qafarov qısa zamanda saxlanılıb.
O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, E.Qasımova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.