Xəzər dənizinin Sumqayıt sahilində bir nəfər çimərkən boğulub.
Teleqraf.com xəbər verir ki, hadisə saat 17:00 radələrində “Amor” istirahət mərkəzi yaxınlığında baş verib.
AZƏRTAC xəbər verir ki, batan şəxsin 1986-cı il təvəllüdlü Əmiraslanov Ruslan Duman oğlu olduğu müəyyən olunub.
Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt prokurorluğunda araşdırma aparılır.