14 məhkum zəhərlənmə nəticəsində ölüb.
Teleqraf.com xəbər verir ki, bu faciəvi hadisə Tacikistanda baş verib.
Tacikistan Pentensiar Xidmətinin yaydığı açıqlamada qeyd edilib ki, ölkənin qərbindəki Soğd vilayətində yerləşən 3 həbsxanadan 128 məhkum paytaxt Düşənbə yaxınlığındakı başqa həbsxanaya köçürülüb.
Məhbusların etapı zamanı onlardan biri 3 ədəd çörəyini 16 məhbusla bölüşüb. 30 dəqiqədən sonra isə çörək yeyən məhkumlarda qusma və baş ağrısı başlayıb. Bu səbəbdən də məhkumları daşıyan avtomobillər Düşənbə yaxınlığındakı cəzaçəkmə müəssisəsinə çatana qədər 14 məhbus ölüb. İki məhbusun həyatını xilas etmək isə mümkün olub.
Qeyd olunur ki, zəhərlənmə nəticəsində ölən məhkumlar 20-42 yaş arasındadırlar. 112 məhkumun səhhəti isə normaldır.
Əlavə edilib ki, ölümlə nəticələnən zəhərlənmə hadisəsinə görə, cinayət işi açılıb və faktı araşdırmaq üçün komissiya yaradılıb.
Xatırladaq ki, Tacikistanda həbsxanalarda ölən məhkumların sayı həddən artıq yüksəkdir. Bu ilin noyabrında Tacikistanın Hokand həbsxanasında çıxan üsyan zamanı iki gözətçi və 25 məhkum, mayda isə Düşənbə yaxınlığındakı həbsxanada baş verən üsyanda 3 gözətçi və 29 məhkum ölüb.