16 İyul 2019 12:06
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” yatağında ölüm hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

İyulun 15-i saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi tədqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxılmış vəziyyətdə aşkar edilib və vəfat etdiyi müəyyənləşdirilib.

İlkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.

Hadisənin səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər