İyulun 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən çimərkən batma təhlükəsi ilə üzləşən altı nəfər xilas olunub.
Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, xilasetmə əməliyyatları Novxanı və Şıxov sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə aparılıb.
Xilas edilənlərdən beş nəfəri xarici ölkə vətəndaşıdır.