22 İyul 2019 09:12
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov bildirib ki, qəza nəticəsində daha iki nəfər xəsarət alıb: "Onlardan biri təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır. Daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər