Daxili İşlər Nazirliyi Biləsuvar rayonunda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə iyulun 20-də baş verib.
Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan E.Zeynalov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə oraya gəlmiş Sumqayıt şəhər sakinləri - bibisi oğlu C.Məmmədova və onun dostu N.İsmayılova xəsarət yetirib.
Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Zeynalov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olan “İJ-27E” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.