22 İyul 2019 16:50
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Cəbiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Lalə Əliyevanı vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov