Bakıda iş yoldaşını blçaqlamaqda təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Elşən Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il martın 21-də Bakı şəhərində baş verib. Elşən Hüseynov iş yoldaşı Altay Zəki-Zadəni bıçaqlayıb.
Zərərçəkmiş ifadəsində bildirib ki, o, Elşən Hüseynovdan vaxtilə hansı maddə ilə cəza çəkdiyini soruşub. Elşən Hüseynov isə onu bıçaqlayaraq "bu maddə ilə" cavabını verib.
Məlum olub ki, paytaxtda yerləşən kərpic zavodlarından birində fəhlə işləyiblər. Elə zavoda yaxın evlərdən birində kirayə yaşayıblar. Eyni otqada qalan Elşən və Altay arasında mübahisə sonuncunun hansı maddə ilə içəridə yatması barədə söhbət zamanı qanlı cinayət baş verib.