Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru intihar edib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Qax şəhərinin Cəfər Cabbarlı küçəsində, yaşayış evlərindən birində baş verib.
1980-ci il təvəllüdlü Musa Feyzulla oğlu Feyzullayev həmin evin həyətində özünü asıb. Onun meyiti anası tərəfindən aşkarlanıb.
39 yaşlı Musa Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyirdi.
Faktla bağlı araşdırma aparılır.