18 Avqust 00:13

Rusiyanın Perm şəhərində sərnişin avtobusu divara çırpılıb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, 10-u uşaq olmaqla 32 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 1-i uşaq olmaqla 6-sının vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, qəzaya səbəb avtobusdakı nasazlıq olub.


Müəllif: Teleqraf.com