Ötən gecə Dənizkənarı Bulvarda intihara cəhd faktı olub.
Teleqraf.com xəbər verir ki, Saat qülləsinin yaxınlığında gənc oğlan bir müddət əsəbi şəkildə telefonla danışdıqdan sonra özünü dənizə atıb.
Yaxınlıqda olan şəxslərin köməyi ilə gənci xilas etmək mümkün olub.
Olay yerindən çəkilən videonu təqdim edirik.
/Bakupost/