12 Sentyabr 2014 22:17
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lalə Şövkətin xəstə olduğu barədə yayılan xəbərlər əsassızdır. 1 saat bundan əvvəl telefonda danışmışam, səhhətində heç bir problem yoxdur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. O, partiya lideri Lalə Şövkətin hazırda qaldığı kəndin adını sirr saxladıqlarını bildirib: “Lalə xanımın təhlükəsizliyi ilə bağlı belə addım atmışıq. Çalışırıq ki, Lalə xanımın qaldığı kəndi heç kəsə bildirməyək. Yaxın gülərdə Lalə xanım Bakıya gələcək”.

“ALP lideri nədən təhlükə gözləyir” sualına Ə.Temirxan belə cavab verib: “İstəyirsiniz ki, kimisə özümüzə düşmən saydığımızı elan edim? Biz heç kimə düşmən kimi yanaşmırıq”.

Ə.Temirxan partiyanın hazırda hədəfinin parlament seçkiləri olduğunu söyləyib: “Azərbaycan Liberal Partiyası parlament seçkilərinə hazırlaşır. Hədəfimiz parlament seçkiləridir. Builki bələdiyyə seçkilərinə gəlincə, partiya üzvlərimizdən kim bələdiyyə seçkilərində iştirak etmək istəyərsə, həmin şəxsə sərbəstlik veriləcək”.

O, Lalə Şövkətin parlament seçkilərində namizədliyini verib-verməyəcəyi barədə şərh verə bilməyəcəyini dedi: “Belə bir istəyinin olub-olmadığını özü deyə bilər. Mən isə qərarımı vaxtı gələndə açıqlayacağam”.

Sədr qeyd etdi ki, partiyanın qərargahı olmadığından ALP öz iclaslarını partiya üzvlərinin evində keçirir: “Lalə Şövkətin rəhbərliyi altında hansı tədbir keçiririksə, onda Lalə xanımın evində toplaşırıq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər