11 Sentyabr 2019 13:11
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Bədəlbəyli küçəsində şəhər sakini A.Rüstəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Ədilə Quliyevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov