Bakının Xəzər rayonunda üç nəfərə qarşı dələduzluq edilib.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini olan 3 nəfər avqust ayında ayrı-ayrı vaxtlarda naməlum şəxsin aldadaraq onlardan ümumilikdə 230 manat pul aldıqlarını bildiriblər.
Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, qısa müddətdə həmin şəxs müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvələr də analoji əmələ və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elton Əliyev 3-cü polis nölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.