Quba rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində "Azərişıq" ASC-nin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmov hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişinlər - Sumqayıt şəhər sakinləri, 1992-ci il təvəllüdlü Saleh Abdullayev və 1984-cü il təvəllüdlü İlkin Rəsulov ağır bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Qubanın Söhüb kəndindəki avtomobil qəzasında xəsarət alanlar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlumata görə, Saleh Abdullayev sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu ilə, İlkin Rəsulov isə kəllə-beyin travması ilə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər:
Hər iki yaralının vəziyyəti kritik kimi qiymətləndirilir.
***
13:33
Quba rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayuonun Söhüb kəndində qeydə alınıb.
Avtomobilin dərəyə aşması nəticəsində iki nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan daha iki nəfər isə ağır vəziyyətdə Quba mərkəzi rayon xəstaxanasına aparılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər:
"Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər".
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Qeyd edək ki, avtomobil “Azərişıq” ASC-yə məxsus olub.