23 Sentyabr 2019 10:11
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Bilgəh qəsəbəsində 1977-ci il təvəllüdlü Zakir Abbasov qətlə yetirilib.

Məlum olub ki, onu qəsəbə sakini, 1957-ci il təvəllüdlü Sərvər Rzayev bıçaqlayaraq öldürüb.

Polis Sərvər Rzayevin meyitini Zakir Abbasovun qətlə yetirildiyi yerdən 100 metr aralıda olan elektrik transformatorunun kabinəsindən aşkar edib.

Sərvər Rzayev Zakir Abbasovu qətlə yetirəndən sonra özünə qəsd etdiyi məlum olub. O, damarlarını doğrayaraq özünü də öldürüb.

Hər iki şəxsin qohum olduğu bildirilir.

Sərvər Rzayev ruhi xəstə kimi qeydiyyatda olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov