20 Oktyabr 2019 21:08
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə sakini yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini, 1952-ci il təvəllüdlü Mirzəyev Söhbət Yeprin oğlu bədənin yuxarı ətrafının, boyunun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, S. Mirzəyev şəhərin Gülüstan yaşayış massivində üzərinə yandırıcı maye tökərək özünü yandırıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com