3 Noyabr 2019 01:25
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 2-i axşam saatlarında Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı istiqamətində hərəkətdə olan yük avtomobili yolun 103-cü kilometrliyində idarəetməni itirərək aşıb.

Qəza nəticəsində xəsarət alan Bakı şəhəri, Qaradağ rayon sakini 1997-ci il təvəllüdlü İnşallah Mirzə oğlu Məmmədov və Qəbələ rayon, Vəndam kənd sakini 1989-cu il təvəllüdlü İsmayıl Dilavər oğlu Musayev təcili tibbi yardım maşını ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Yaralılara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər