18 Sentyabr 2014 14:12
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir”.

Teleqraf.com-un məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, hazırda ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı böyük işlər gedir. Onun sözlərinə görə, 2008-2015-ci illəri əhatə edən dövlət proqramında ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məsələlər öz əksini tapıb və qarşıya qoyulan vəzifələr uğurla icra edilməkdədir:

“Hesab edirəm ki, gələcəkdə iri təsərrüfatların, kooperativlərin yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına daha böyük töhfələr verəcək. Çünki kiçik pay torpaqlarını əkib becərməklə insanlar yüksək məhsul götürə bilmirlər. Kooperativlər də xüsusi mülkiyyətin bir növüdür. Bu barədə təkliflə çıxış edəndə bəzi şəxslər elə bilirdilər ki, kolxoz yaradırıq. Amma bunlar ayrı-ayrı şeylərdir. Böyük təsərrüfatlar rentabelli işləyir, qazancları da yüksək olur. Kiçik təsərrüfatlar isə çətinliklərlə üzləşirlər. Bu baxımdan, kooperativlərin yaradılması vacibdir. Bütün dünyada bu praktika tətbiq olunur”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər