Türkiyənin Şanlıurfa şəhərində yerləşən Zirehli Briqada Komandanlığına aid hərbi hissədə partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, silah-sursat saxlanılan ərazidə baş verən iki partlayış nəticəsində 14 nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürən briqadalar cəlb olunub.
Türkiyə Müdafiə Nazirliyi baş verən partlayışla bağlı məlumat yayıb:
“Şanlıurfa şəhərində yerləşən 20-ci Zirehli Briqada Komandanlığına aid hərbi hissədə silah-sursatın yerləşdiyi depoda hələ ki, məlum olmayan səbəbdən partlayış baş verib.
Partlayış nəticəsində yaralanan şəxslər xəstəxanalara yerləşdirilib, yanğının qarşısı alınıb, təhlükəsizlik təmin edilib”, deyə məlumatda qeyd olunub.