Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 19-cu polis şöbəsinə müraciət edən Ağcabədi rayon sakini F.Rzayev noyabrın 13-də Moskva prospektindəki evlərin birində 4 nəfərin ona zor tətbiq edərək 98 manatını aldıqlarını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.