19 Noyabr 2019 09:48
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada bir yaşlı körpə yol qəzasında ölüb.

Hadisə rayonun İspik kəndi ərazisində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Qədirov Elnur Qrybəli oğlu etibarnamə ilə idarə etdiyi "VAZ 2106" markalı 27 BT 194 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin qabaq oturacağında oturan dayısı oğlu, 2018-ci il təvəllüdlü Poladov Polad Şaban oğluna başı qarışıb və diqqəti yoldan yayınması nəticəsində avtomobil yoldan çıxaraq 60 metr hündürlükdən dərəyə aşıb.

Hadisə nəticəsində P.Poladov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com