Ukraynanın Rovno vilayətində məktəblərin birində 12 şagird konfetdən zəhərlənib.
Teleqraf.com xəbər verir ki, şagirdlər xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti orta ağır olaraq dəyərləndirilib. İlkin müayinədən sonra onların həyatlarına təhlükə olmadığı məlum olub.
Qeyd olunub ki, həmin şagirdləri sinif yoldaşları ad günü münasibətilə konfetə qonaq edib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.