23 Noyabr 2019 13:23
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zabrat qəsəbəsi ərazisindəki emalatxanalardan birindən qaynaq aparatı və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Məlikov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən televizor oğurlaması, sonradan oranı qəsdən yandırması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov