Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb.
Nəticədə Ş.Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.