Hacıqabul rayonunda qadın çılpaq şəkilləri ilə şantaj olunub.
Teleqraf.com xəbər verir ki, Hacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib ondan 300 manat pul alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.