16 Dekabr 2019 12:13
1 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün intihar xəbəri yayılan Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu barədə ilginc faktlar əldə etmişik.

Özünü asaraq intihar edən Elmar Əlizadə peşəkar kadr olub. O əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov İcra Hakimiyyətində çalışıb, nümunəvi işçi kimi tanınıb.

İntihar etdiyi gün 41 yaşını ailəsi ilə qeyd edib.
Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə özünü asıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib./BakuPost/

***

11:12

Nərimanov rayon Prokurorluğu Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdirinin intiharı ilə bağlı məlumat yayıb.

Nərimanov rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumatına görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirə salınmaz istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi cinayət işi başlanıb. İş üzrə zəruri istintaq -əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, intihar edən şəxs Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

***

10:46

Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri intihar edib.

Bu barədə "Report"a Nərimanov RİH-dən məlumat verilib.

Bildirilib ki, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq öldürüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

E.Əlizadə 2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, məlumatı ilk olaraq "unikal.org" saytı yayıb.


Müəllif: Teleqraf.com