Ağdam rayon sakini mərhum atasından qalmış silahlı polisə verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Ağdam rayonunun Mirəşelli kənd sakini İ.Abdullayev mərhum atasından qalmış müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.