21 Yanvar 2020 14:23
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

Teleqraf.com Trend-ə istinadən bildirir ki, hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər