23 Sentyabr 2014 20:29
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sentyabr ayının 26-da Həştərxanda Xəzəryanı dövlətlərinin gənc liderləri ilə birgə görüş keçiriləcək”.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fuad Muradov sammit öncəsi keçiriləcək görüş barədə danışarkən deyib.

Fuad Muradov bildirib ki, bu görüş Xəzəryanı ölkələrin sentyabrın 29-da Həştərxanda keçiriləcək sammitdən öncə təşkil olunacaq:

“Sentyabrın 26-da bütün Xəzəryanı dövlətlərin gənc liderləri bir araya gələcək. Bu sammit öncəsi təşkil olunan bir görüşdür. Görüş sammit öncəsi gənc millət vəkilləri, diplomatlar və təşkilat üzvlərinin bir yerə toplaşaraq fikir mübadiləsi aparması baxımından əhəmiyyət daşıyır. Sentyabrın 29-da baş tutacaq sammitdə uzun müddətdir Xəzəryanı ölkələr tərəfindən irəli sürülən təkliflərin müzakirəsi gözlənilir. Xəzərin hüququ statusu ilə bağlı olan bu təkliflərin müqavilə və ya konvensiya formasında qüvvəyə minəcəyi ancaq sammit çərçivəsində məlum olacaq”.

Xatırladaq ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 29-da Həştərxanda keçiriləcək IV Xəzər sammitində Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan dövlət başçıları ilə görüşəcək.
- See more at: http://axar.az/news/30203#sthash.BiUQOOt8.dpuf


Müəllif: