Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 22-də, saat 7 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində baş verib.
Şəhər sakini E.Hüseynov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerlisi Tural Məmmədovu vurduqdan sonra idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə dəyib.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.