Bakıda yeniyetmə qardaşlar evlərdən 21 min manatlıq oğurluq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Qazax rayon sakinləri olan 2 yeniyetmə qardaşın ətarfında Xətai rayon Polis İdarəsinin 35 və 37-ci polis şöbələrində araşdırma aparılıb.
Onların rayon ərazisindəki daha 3 evdən 6300 manat, 1500 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaları müəyyən edilib.