Bakının Binəqədi rayonunda həbsdən çıxan şəxs cinayət törədib.
Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 28-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Kriminalistik Tədqiqatlar İdarəsi, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəza Çəkmə Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Ç.Dadaşov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.