4 Fevral 2020 12:22
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bakıda baş verən yol qəzasında polis əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 3-də saat 8 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini F.Ömərov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolun kənarında dayanan, həmin ərazidə xidmət edən DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı N.Məhərrəmovu vurub və idarəetməni itirdiyindən avtomobil Bakı şəhər sakini P.İsmayılovaya dəyib.

Nəticədə polis əməkdaşı aldığı xəsarətlərdən hadisə yerində ölüb, P.İsmayılovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər