4 Fevral 2020 12:29
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda bankın mühafizə rəisinin bıçaqlanması hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 3-də saat 14 radələrində Bakı şəhər sakini N.Sərkərov idarə etdiyi “Mercedes” markalı avtomobili Nərimanov rayonu ərazisində yerləşən bankın qarşısında saxlamaq istəyərkən bankın təhlükəsizlik xidmətinin rəisi T.Yusifov ona avtomobilini orada saxlamaması barədə iradını bildirib.

Bu zaman N.Sərkərov xuliqanlıq zəminində T.Yusifovun sifət nahiyəsinə bıçaqla xəsarət yetirib.

N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci Polis Şöbəsinə təhvil verilib.

T.Yusifova xəstəxanada ilkin tibbi yardım göstərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər