Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışda xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan onlar ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
Teleqraf.com xəbər verir ki, hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsində 3 nəfərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, hadisə ikimərtəbəli binada baş verib.
17:42
Bu gün saat 17:10 radələrində Səıbail rayonu ərazisində - İçərişəhərdə yerləşən İlyas Əfəndiyev küçəsindü güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, İlyas Əfəndiyev küçəsi 10 ünvanındakı mənzildə qaz sızmasından güclü partlayış qeydə alınıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasetmə qüvvələri və polislər cəlb edilib.
Əlavə məlumat veriləcək.