13 Fevral 2020 23:03
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada usta damdan yıxılaraq ölüb.

Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Poylu kəndində baş verib. 1957-ci il təvəllüdlü Həsənov Alim Mirzəli oğlu evin damında təmir işləri aparan zaman yerə yıxılıb. Ağır bədən xəsarəti alan usta xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com