24 Fevral 2020 12:43
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Ucar rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə fevralın 22-də saat 15 radələrində Ucar rayonunun Pirkənd kəndi ərazisində baş verib.

Bakı şəhər sakini E.Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən “Volvo” markalı yük avtomobilinə vurub.

Nəticədə E.Qarayevin sərnişini Namiq Gərəkməzli xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov